Cəlilabadda 5 mindən artıq ağac əkilib - FOTO

Cəlilabadda 5 mindən artıq ağac əkilib - FOTO Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilib.
Ekologiya
6 Dekabr , 2019 16:35
Cəlilabadda 5 mindən artıq ağac əkilib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilib. 

"Report"un Muğan bürosunun məlumatına görə, aksiya rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin gənclər iştirak ediblər.

Ümumilikdə, 2500 nəfərin iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. 

Son xəbərlər

Orphus sistemi