Yuxarı
    Bağlamaq

    Cəlilabadda 4 naməlum şəxs qanunsuz ov edərkən saxlanılıb

    Qanunsuz ov halları ilə mübarizə məqsədilə respublika ərazisində reydlər davam etdirilir

    Bakı. 21 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

    Siyəzən rayonu Xəzər dənizi sahilində keçirilən reyd zamanı ov edən Siyəzən rayonu Yenikənd kənd sakini Rüstəm Əliyev saxlanılaraq ondan 1 ov tüfəngi, 1 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

    Siyəzən rayonu Xəzər dənizi sahilində keçirilən növbəti reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Siyəzən Rayon Polis Şöbəsinə müraciət edilib.

    Samux rayonu ərazisində ovla məşğul olan Gəncə şəhər sakini Telman Rəhimov saxlanılaraq ondan 1 ov tüfəngi, 5 patron götürülüb. İnzibati xətaya yol vermiş qanun pozucusu barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.

    Cəlilabad rayonunda keçirilən reyd zamanı Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində 4 nəfər naməlum şəxs saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb və barələrində akt tərtib edilib. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib.

    Qanunsuz ov halları ilə mübarizə məqsədilə respublika ərazisində reydlər davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi