Bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.
Ekologiya
9 İyul , 2018 15:41
Bu ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Bu ilin ikinci Günəş tutulması (qismən tutulma) hadisəsi iyulun 13-də baş verəcək.

"Report" AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 05:48-də başlanacaq Günəş tutulması hadisəsi saat 08:13-də başa çatacaq. Tutulmanın davametmə müddəti 3 dəq. 29 san-dir.

Qeyd edək ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Növbəti tutulma avqustun 11-nə təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi