Bu il milli parkları 200 minə yaxın turist ziyarət edib

Bu il milli parkları 200 minə yaxın turist ziyarət edib "Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır".
Ekologiya
2239
9 Sentyabr , 2021 12:29
Bu il milli parkları 200 minə yaxın turist ziyarət edib

"Ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şahdağ və Abşeron milli parklarıdır".

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, milli parklara ilin əvvəlindən bu günədək ümumilikdə 195 015 nəfər turist səfər edib.

O qeyd edib ki, gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub: "Son illər milli parklara gələn turistlərin sayında artım müşahidə olunur ki, bu da ilk növbədə insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə, təbliğat işləri ilə yanaşı, ekoturizmin təbliği məqsədilə milli parklarda təşkil olunan maarifləndirici tədbirlərlə əlaqədardır. Biz bu gün xüsusi iftixarla deyə bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir və turistlər bu gözəllikləri həvəslə ziyarət edərək, həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur”.

Son xəbərlər

Orphus sistemi