Bu il Bakıda istismar müddəti bitən 114 bina yenilənib

Bu il Bakıda istismar müddəti bitən 114 bina yenilənib “Bir il ərzində 114 layihə istismar müddəti başa çatmış binaların yenilənməsi ilə bağlı olub”.
Ekologiya
29 Dekabr , 2020 17:09
Bu il Bakıda istismar müddəti bitən 114 bina yenilənib

“Bir il ərzində 114 layihə istismar müddəti başa çatmış binaların yenilənməsi ilə bağlı olub”.

“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib.

O bildirib ki, binaların Bakı şəhərinin arxitekturasına uyğun tikilməsi nəzərdə tutulur: “Təbii ki, bu zaman yaşıllıqların mövcud təsirlərə məruz qalması və ağacların götürülməsi qaçılmazdır. Tikinti layihəsi obyekt layihələndirilən zaman ekoloji tərəfi qiymətləndirilir. Elə ərazilər var ki, relyefi, mövcud vəziyyəti normalara uyğun gəlmir. Bəzi sahibkarlar, iş adamları bina tikərkən yaşıllıq salınma barədə fikirləşmir. Halbuki təsdiqlənən layihələrdə ərazinin ən azı 25 faizində yaşıllığın salınmasını qeyd edirik. Bu qaydalara riayət edilməzsə, layihələr geri qaytarılır”.

Son xəbərlər

Orphus sistemi