Bu il Azərbaycanın sel təhlükəsi gözlənilən əraziləri dəqiqləşib

Bu il Azərbaycanın sel təhlükəsi gözlənilən əraziləri dəqiqləşib Direktor: "Bu məlumatları bir yerə yığaraq nizamlamaq lazımdır"
Ekologiya
17 Mart , 2016 16:44
Bu il Azərbaycanın sel təhlükəsi gözlənilən əraziləri dəqiqləşib

Bakı. 17 mart. REPORT.AZ/ "Bu il Azərbaycanın hansı ərazilərində və çaylarında sel təhlükəsi olacağı artıq məlumdur". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın sel təhlükəsi olan ərazilər və çayları haqqında məlumatların toplandığı baza yoxdur: "Bu məlumatları bir yerə yığaraq nizamlamaq lazımdır".

Direktor bildirib ki, Azərbaycanda bu il üçün sel təhlükəsi olan çaylar əsasən Böyük Qafqazın cənub yamacının çaylarıdır: "Bu il Kiş, Girdiman, Kürmük və digər çaylarda sel təhlükəsi var. Kiçik Qafqazda da bəzi çaylar - Şəmkir, Ağstafa çayları, eləcə də cənub bölgəsində, Lənkəran-Talış zonasında olan çaylarda da sel təhlükəsi var, amma həmin çaylarla bağlı vəziyyət elə də pis deyil".

Son xəbərlər

Orphus sistemi