Bu gün Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür

Bu gün Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür “Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunmasıdır
Ekologiya
12 Avqust , 2016 10:31
Bu gün Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür

Sofiya. 12 avqust. REPORT.AZ/ 12 avqust - Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günüdür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 2006-cı il avqust ayının 12-də "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il avqust ayının 12-i “Xəzər günü” kimi qeyd edilir.

“Xəzər günü”nün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Qeyd edək ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası–Xəzər dənizinin sahilində yerləşən beş dövlət arasında Xəzər dənizi regionunda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

Qəbul olunduğu şəhərin adı ilə bağlı olaraq “Tehran Konvensiyası” kimi də tanınan konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar var.

Son xəbərlər

Orphus sistemi