"Bu gün su ehtiyatlarının idarə edilməsi məsələləri qlobal şəkildə geniş müzakirə olunur. Bizim regionda da suların, xüsusən də transsərhəd suların idarə olunması və istifadə olunması, kəmiyyəti, keyfiyyəti diqqət mərkəzindədir".
"Report" xəbər verir ki , bunu
O bildirib ki, Avropa İttifaqının həyata keçirilən layihədə aktiv iştirakı, layihənin həyata keçirilməsi bu məsələlərin diqqət mərkəzində olduğunun göstəricisidir: "Bir neçə laboratoriyanın qurulması və akkreditasiyası, burada çalışanların təlimlərə cəlb edilməsi növbəti mərhələdə geniş mübadilə sisteminin qurulmasına səbəb olacaq. Bu layihə Azərbaycan üçün önəmlidir və dövlət tərəfindən bu məsələlərlə bağlı böyük proqramlar icra edilir".
Nazir bildirib ki, alınan nəticələrlə müasir, çevik sistem qurulmasına çalışılacaq: "Bizim Avropa İttifaqı ilə bir neçə layihələrimiz var ki, hamısı uğurla icra olunur. Növbəti mərhələlərdə də bu layihələri davam etdirməkdə maraqlıyıq. İnanıram ki, bu əməkdaşlıq daha da genişlənəcək".