Yuxarı

Bu gün Gəncədə 10 mindən çox ağac əkilib - FOTO

Bu gün Gəncədə 10 mindən çox ağac əkilib - FOTO 1121
Ərazilərdə təmizlik-abadlıq işləri də aparılıb
© Report.az

Gəncə. 22 aprel. REPORT.AZ/ Gəncədə ümumşəhər iməciliyi keçirilib. 

"Report"un məlumatına görə, aksiyada şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İməcilikdə ərazilər alaq otlarından təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Heydər Əliyev Park Kompleksində, Nizami Gəncəvinin məqbəsinin ətrafında, müxtəlif küçə və prospektlərdə, şəhərin hər tərəfdən giriş hissələrində həyata keçirilən iməcilikdə şəhər ictimaiyyəti yaxından iştirak edib: "Ümumilikdə 10 mindən çox ağac əkilib. Bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək".

Eyni zamanda, ərazilərdə təmizlik-abadlıq işləri aparılıb, alaq otları, daşlardan təmizlənib, yeni əkilən ağaclar suvarılıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi