"Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü azərbaycanlılar arasında həmrəylik nümayişi idi. Hədəf 650 min olsa da, ancaq əkilən ağacların sayı 650 mini keçib. Bu da sevindirici haldır".
"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, ağacəkmə aksiyasında 80-dən çox rayonda 37 növ ağac əkilib: "
Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.