Yuxarı

BŞİH hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq

BŞİH hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq
© Report

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinə və şəhərin qonaqlarına müraciət edib.

Bu barədə "Report"a BŞİH-dən məlumat verilib.

Müraciətdə deyilir: “Bu gün avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq.

Paytaxt Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi