Braziliyalı tədqiqatçı əvvəllər elmə məlum olmayan yeni bitki növü aşkar edib

Braziliyalı tədqiqatçı əvvəllər elmə məlum olmayan yeni bitki növü aşkar edib Paolo Qonella bu kəşfə "Facebook"da xəbərlər lentini nəzərdən keçirərkən nail olub
Ekologiya
2 Avqust , 2015 03:44
Braziliyalı tədqiqatçı əvvəllər elmə məlum olmayan yeni bitki növü aşkar edib

Bakı. 2 avqust. REPORT.AZ/ Braziliyalı tədqiqatçı Paolo Qonella "Facebook"da xəbərlər lentini nəzərdən keçirərkən əvvəllər elmə məlum olmayan yeni bitki növü aşkar edib. "Facebook" istifadəçilərindən biri Recinaldo Vaskonselo 2012-ci ildə Braziliyada dağda olarkən cəngəllikdə bu bitkinin şəklini çəkib və sosial şəbəkədə dostları ilə paylaşıb. Bu barədə "Report" Smitson İnstitutunun jurnalına istinadən xəbər verir.

P.Qonellanın dostlarından biri bu şəkli repost edib və beləliklə bitki alimin diqqətini cəlb edib: "Şəkildəki bitki əvvəl gördüklərimdən çox fərqlənirdi". Bu, əvvələr məlum olmayan Şehçiçəyi (lat. - Drosera) bitkisinin növü imiş və "Drosera magnifica" adını alıb. Şehçiçəyinin yeni növü yırtıcı bitkilər arasında Cənubi və Şimali Amerikada ölçülərinə görə ikinci yerdədir.

P.Qonella şəklin müəllifi ilə birlikdə həmin dağa qayıdıb və bu bitki növünün elm üçün yeni olduğuna bir daha əmin olub. Digər tədqiqatçılarla müzakirələrdən sonra alim öz kəşfini elmi jurnalda çap edib. Təqdiqatçının sözlərinə görə, yeni bitki növünün sosial şəbəkələr vasitəsilə aşkar edilməsi ilk hadisədir. 

Son xəbərlər

Orphus sistemi