Birdəfəlik plastik qablardan imtina mövzusunda görüş keçirilib

Birdəfəlik plastik qablardan imtina mövzusunda görüş keçirilib Ekologiya və Təbii Sərvətlər Nazirliyində qadağan olunan birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda iri marketlər şəbəkəsinin nümayəndələri ilə görüş keçirilib.
Ekologiya
773
30 İyun , 2021 16:03
Birdəfəlik plastik qablardan imtina mövzusunda görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qadağan olunan birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda iri marketlər şəbəkəsinin nümayəndələri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı, idxalı, satışının qadağan edilməsi və qadağan olunan birdəfəlik plastikləri əvəz edən alternativlərdən istifadənin genişləndirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.

Nazirliyin sektor müdiri Mehman Nəbiyev çıxışında bildirib ki, bir sıra marketlərdə qadağan olunan birdəfəlik plastik məhsulların və qalınlığı 15 mikrona qədər olan polietilen torbaların əvəzləyicilərinin satışı həyata keçirilir: "Artıq müxtəlif şirkətlər tərəfindən alternativlərin istehsalına başlanılıb. Ölkədə bir neçə ildir plastikləri əvəzləyən məhsulların idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür və qadağan olunan birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artmaqdadır".

Yekunda marketlər şəbəkəsinin əməkdaşları ətraf mühitin mühafizəsində, əhalinin sağlamlığının qorunmasında maraqlı olduqlarını, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə geniş dəstək verməklə qadağan olunan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklərin tam olaraq satışdan çıxarılacağını, alternativlərlə əvəz olunacağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi