Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi dəyişib

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi dəyişib ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsi müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.
Ekologiya
16 Yanvar , 2025 13:11
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi dəyişib.

Bu barədə "Report"a ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, həmin vəzifə müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.

Qeyd edək ki, X.Mirzəyev bu təyinata qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl Firuddin Əliyev Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi