Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib

Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib Sanitar qovşaqlarda formalaşan çirkab suların suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib
Ekologiya
14 avqust 2023 11:09
Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib

Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi