Beyləqanda 196 ədəd ağacın yanması ilə bağlı polisə müraciət olunub

Beyləqanda 196 ədəd ağacın yanması ilə bağlı polisə müraciət olunub Bakı. 22 sentyabr. REPORT.AZ/ Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya
22 Sentyabr , 2018 14:36
Beyləqanda 196 ədəd ağacın yanması ilə bağlı polisə müraciət olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində, avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciət 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Əraziyə keçirilən baxış zamanı yol kənarı yaşıllıq sahəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis şöbəsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi