Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb

Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb ​Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib
Ekologiya
20 İyul , 2018 15:37
Beş Xəzəryanı ölkə Xəzər dənizi ilə bağlı protokol imzalayıb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 19-20-də Moskva şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.

Qeyd edək ki, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi