BEGOC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür məktubu göndərib

BEGOC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür məktubu göndərib BEGOC-un Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn nazirliyə təşəkkür məktubu ünvanlayıb
Ekologiya
4 İyul , 2015 12:07
BEGOC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür məktubu göndərib

Bakı. 4 iyul. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) təşəkkür məktubu ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, məktubu BEGOC-un Atlet Xidmətləri və İdman Əməliyyatları Departamentinin müdiri Mark Honeybunn göndərib.  

Oyunlardan əvvəl və oyunların keçirildiyi müddətdə göstərilən meteoroloji və ekoloji müşahidələr, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova göndərilən təşəkkür məktubunda deyilir:

""Bakı 2015" I Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə nazirliyinizin müvafiq qurumlarının göstərdiyi meteoroloji və ekoloji müşahidələrə, hava proqnozu və suyun analiz edilməsi xidmətlərinə görə sizə öz təşəkkürümüzü bildirmək istəyirik.

BEGOC-un Atlet Xidmətləri və İdman Əməliyyatları Departamenti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin oyunlara cavabdeh qurumları arasında hələ 2014-cü ilin noyabr ayından sıx əlaqələr yaradılıb. Məmnuniyyətlə bildiririk ki, yüksək professionallardan ibarət komandanızla ilk görüşdən qarşılıqlı inam və anlaşma əlaqələri yaranıb.

Oyunlar vaxtı Milli Hidrometeorologiya Departamenti əməkdaşlarının meteoroloji avadanlıqların quraşdırıldığı idman obyektlərində növbətçiliyi qrafikə uyğun təmin olunaraq meteoroloji məlumatlar və proqnozlar vaxtında BEGOC-un mərkəzi qərargahına ötürülüb. Hava proqnozlarının yüksək keyfiyyətini əlavə qeyd edirik.

İlk Avropa Oyunlarının müvəffəqiyyətlə başa çatmasında nazirliyin üzərinə düşən məsuliyyətli vəzifəni yüksək səviyyədə yerinə yetirdiyinizə və göstərdiyiniz dəstəyə görə sizə və müəyyən etdiyiniz komanda üzvlərinə öz təşəkkürümüzü bildiririk".

Son xəbərlər

Orphus sistemi