Yuxarı
    Bağlamaq

    ​BDU-da "Ekoloji çirklənmə" mövzusunda tədbir keçirilib

    Tələbələr ekologiya hüququ mövzusunda məlumatlandırılıb

    Bakı. 19 aprel. REPORT.AZ/ Ötən gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Ekoloji çirklənmə" adlı tədbir keçirilib.

    BDU-dan "Report"a verilən məlumata görə, tədbirdə THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, Ekologiya və Torpaqşünaslıq fakültəsi üzrə THT sədr müavini Mədinə Ağayeva və müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan D.Qənbərov gəncləri Beynəlxalq ekologiya hüququ mövzusunda məlumatlandırıb.

    Daha sonra Mədinə Ağayeva tədbirin əsas mahiyyətini, gənclərin əslində ekologiya sahəsində göstərə biləcəkləri fəaliyyətlərdən söz açıb.

    Qızğın müzakirə şəraitində keçən tədbirdə tələbələrin yeni təklifləri dinlənilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi