Yuxarı

Bazar gününün hava proqnozu açıqlanıb

Bazar gününün hava proqnozu açıqlanıb

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-21° isti, Bakıda gecə 13-15° isti, gündüz 19-21° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-60 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti təşkil edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi