Bazar günü havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Bazar günü havanın temperaturu 30 dərəcəyədək yüksələcək Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
8 Oktyabr , 2016 12:33
Bazar günü havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, oktyabrın 9-u səhər paytaxt və yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi