Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb Bakıda və Abşeron yarımadasında gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var
Ekologiya
9 May , 2015 12:31
Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakı. 9 May. REPORT.AZ/ Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə, Abşeron yarımadasında gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Meteoroloji proqnoza gəlincə, mayın 10-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mayın 10-da şimal-qərb küləyi arabir güclənəcək.

Son xəbərlər

Orphus sistemi