Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var
Ekologiya
23 May , 2015 12:45
Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ Bazar günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 24-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi