Bazar günü Azərbaycanda havanın temperaturu 5-6 dərəcə aşağı düşəcək

Bazar günü Azərbaycanda havanın temperaturu 5-6 dərəcə aşağı düşəcək Ölkə ərazisində yağış yağacaq
Ekologiya
2 Aprel , 2016 11:21
Bazar günü Azərbaycanda havanın temperaturu 5-6 dərəcə aşağı düşəcək

Bakı. 2 aprel. REPORT.AZ/ Bazar günü, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxt və yarımadada gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı ehtimalı var.

Arabir əsən güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycan rayonlarının bəzi yerlərində duman, çiskinli olacağı, səhər və gündüz isə şimal və qərb rayonlarından başlayaraq, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi