Bazar günü Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

Bazar günü Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək Bəzi yerlərdə intensiv yağış yağacağı, şimşək çaxacağı ehtimalı var
Ekologiya
16 Aprel , 2016 11:28
Bazar günü Azərbaycanda havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi