Bayram günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bayram günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda gündüz 15-17 dərəcə isti olacağı gözlənilir
Ekologiya
8 Noyabr , 2016 12:47
Bayram günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ 9 noyabr - Dövlət Bayrağı Günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 14-17 dərəcə isti, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi