Bayram günü Azərbaycanda hava yağmurlu olacaq

Bayram günü Azərbaycanda hava yağmurlu olacaq Paytaxtda sabah şimal-qərb küləyinin güclənəcəyi gözlənilir
Ekologiya
19 Mart , 2016 12:08
Bayram günü Azərbaycanda hava yağmurlu olacaq

Bakı. 19 mart. REPORT.AZ/ Bayram günü - martın 20-də Azərbaycanda hava yağmurlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, günün birinci yarısı 14-18 dərəcə isti, axşama doğru 8 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, günün birinci yarısı 15-17 dərəcə isti, axşama doğru 8 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında martın 20-də arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi