Yuxarı
    Bağlamaq

    Baş hidroloq: "Yaxın 2 gündə havanın temperaturu iqlim normasına yaxın olacaq"

    Bəzi rayonlarda qısamüddətli yağış yağacaq

    Bakı. 21 iyul. REPORT.AZ/ "Yaxın 2 gün ərzində Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın olacaq. Bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir". Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

    O bildirib ki, iyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.

    Sabah havanın Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi