Bakıya qar yağacaq

Bakıya qar yağacaq Güclü külək əsəcəyi gözlənilir
Ekologiya
20 Fevral , 2015 12:37
Bakıya qar yağacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 21-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq keçəcəyi, güclü külək əsəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

İngilis versiyası Snow forecasted for Baku

Son xəbərlər

Orphus sistemi