Bakıda hava kəskin dəyişəcək, qar yağacaq

Bakıda hava kəskin dəyişəcək, qar yağacaq Azərbaycanda temperatur 7-12 dərəcə aşağı enəcək
Ekologiya
14 Fevral , 2015 13:00
Bakıda hava kəskin dəyişəcək, qar yağacaq

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda gələn həftə üçün hava haqqında ilkin xəbərdarlıq olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, fevralın 17-dən ayın ikinci ongünlüyünün sonunadək ölkə ərazisində və Bakıda hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək. 

"Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq", - G.Məmmədova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi