Yuxarı
    Bağlamaq

    Bakının mərkəzində iki ağac kəsilib

    Bakı. 30 may. REPORT.AZ/ Bakı şəhərinin mərkəzində iki ağac kəsilib.  

    Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

    Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi