Yuxarı
    Bağlamaq

    ​Bakının magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib

    Mövcud yaşıllıqlara qulluq göstərilib

    Bakı. 24 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər nazirliyi Zığ - Heydər Əliyev Beynəlxalq hava limanı magistral avtomobil yolunun 10-cu km-də iməclik keçirib.

    "Report" xəbər verir ki, sözügedən ərazidə yeni ağacların əkilməsi və salınan yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təşkil edilən aksiyada Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları ilə birgə, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin ümumilikdə 1000-dən çox nümayəndəsi iştirak edib.
    İməclikdə Zığ - Heydər Əliyev Beynəlxalq Hava limanı magistral avtomobil yolunun 30 hektar ərazisində yeni ağaclar əkilib. Təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara isə aqro-texniki qulluq göstərilib.
    Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə keçirilən aksiyanın məqsədi ağac əkilməsi və onlara qulluq göstərilməsini ictimailəşdirmək və ətraf mühitin qorunmasına insanların diqqətini artırmaqdan ibarətdir.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə ekoloji tarazlığın qorunmasına göstərilən xüsusi diqqəti nəticəsində yeni yaşıllıqların salınması istiqamətində ciddi irəliləyişə nail olunub.
    Ölkə başçısının tapşırığına əsasən son bir neçə ildə magistral avtomobil yollarının kənarlarında Bakı və Bakı ətrafına aid ərazilərdə, o cümlədən iməcliyin keçirildiyi Zığ - Heydər Əliyev Beynəlxalq Hava limanı magistral avtomobil yolunun kənarında minlərlə ağac əkilib.
    Əkinlərin müasir metodlarla becərilməsi, damcılı suvarılma ilə təhciz edilməsi və daima onlara aqro-texniki qulluq göstrərilməsi nəticəsində 80-90 faiz bitki örtüyünün alınmasına müvəffəq olunub.
    Bunun bir nümunəsi də, iməcliyin keçirildiyi ərazidir. Bu ərazi bir neçə il bundan əvvəl salınıb. Hazırda isə bar verən zeytunlarla dolu meşəliyə çevrilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi