Bakıda yaşıllıqdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərilib

Bakıda yaşıllıqdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərilib "Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb. Yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb".
Ekologiya
13 Avqust , 2021 13:48
Bakıda yaşıllıqdakı yanğınla bağlı sənədlər prokurorluğa göndərilib

"Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb. Yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb".

"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi