Bakıda yağışlı hava davam edəcək

Bakıda yağışlı hava davam edəcək Paytaxtda gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir
Ekologiya
25 Yanvar , 2015 14:33
Bakıda yağışlı hava davam edəcək

BAKI. 25 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq.

Havanın temperaturunun gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında isə hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 12 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 0-8 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi