Yuxarı
    Bağlamaq

    Bakıda Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

    Kofransda Xəzər dənizinin problemləri, Türk dünyasındakı rolu, ekologiyası, bugünkü vəziyyəti və perspektivlər müzakirə olunacaq

    Bakı. 19 avqust. REPORT.AZ/ Gələn ilin may ayında Bakıda "Tarixdən bu günə qədər Xəzər hövzəsi" adlı beynəlxalq konfrans keçiriləcək. Bunu "Report"a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib. 

    Onun sözlərinə görə, kofransda Xəzər dənizinin problemləri, Türk dünyasındakı rolu, ekologiyası, bugünkü vəziyyəti və perspektivlər müzakirə olunacaq: "Tədbir Türkiyə və Azərbaycan dövlətlərinin dəstəyi ilə keçiriləcək. Konfransda dünyanın bir çox ölkələrindən nümayəndələrin, eləcə də rəsmilərin iştirakı gözlənilir. Tarixdə ilk dəfə bu qədər çoxsaylı nümayəndələrin iştirakı ilə Xəzər hövzəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi