Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 1-6 mm olub - FAKTİKİ HAVA

Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 1-6 mm olub - FAKTİKİ HAVA Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya
22 Noyabr , 2018 10:37
Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı 1-6 mm olub - FAKTİKİ HAVA
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 21-i gündüzdən 22-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində noyabrın 21-i günün ikinci yarısından 22-si səhərədək hava şəraiti dəyişib, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-6, Böyük Qafqazda 1-19, Qazax-Gəncə zonadında 1-4, Mərkəzi Aran rayonlarında 1-3 mm olub.

Son xəbərlər

Orphus sistemi