Bakıda toz dumanı müşahidə olunur

Bakıda toz dumanı müşahidə olunur Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır.
Ekologiya
393
26 Fevral , 2020 17:11
Bakıda toz dumanı müşahidə olunur
google.az

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır".

"Report" xəbər verir ki, bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir: "Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur".

Son xəbərlər

Orphus sistemi