Yuxarı

Dünən Bakıda temperatur iqlim normasından 3 dərəcə aşağı olub

Martın 30-u gündüzdən 31-i səhərədək müşahidə olunan faktiki hava açıqlanıb

Bakı. 31 mart.REPORT.AZ/ Azərbaycanda martın 30-u gündüzdən martın 31-i səhərədək müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-u gündüzdən 31-i səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qar örtüyünün hündürlüyü Daşkəsən, Rvarud, Gədəbəy, Göygöl, Sarıbaş, Kişçayda (Şəki) 1-8 sm-ə çatıb. Bakı, Binə, Zabrat, Pirallahı, Çilov adası, Neft Daşları, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Şamaxı, Mərəzə, Altıağac, Quba, Qəbələ, Ordubad, Göyçay, Qazıməmməd, Lerik, Kəlvəz, Kişçay, Sarıbaşda duman müşahidə olunub.

Temperatur martın 30-da Bakıda iqlim normasından 3 dərəcə aşağı olub, havanın maksimal temperaturu Abşeron yarımadasında 5-7, Aran rayonlarında 5-9, dağlıq rayonlarda 2-5, Naxçıvan MR-da 12-14 dərəcə isti təşkil edib.           

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi