Bakıda tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib

Bakıda tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib Ayı Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib
Ekologiya
30 Aprel , 2016 11:42
Bakıda tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib

Bakı. 30 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda tapılan ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.

Bu barədə "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O bildirib ki, ayı balası  Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq", - İ.İbrahimova qeyd edib.

Qeyd edək ki, dünən Bakının Suraxanı rayonunda, “Baku Bus” avtobuslarının saxlanıldığı yerin yaxınlığında ayı balası peyda olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun “Report”a məlumatında bildirmişdi ki, ayı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən götürülüb.

Son xəbərlər

Orphus sistemi