Bakıda ağacların kəsilməsinə qarşı aksiya keçirən sakinlərin tələbləri yerinə yetirilib - FOTO - YENİLƏNİB

Bakıda ağacların kəsilməsinə qarşı aksiya keçirən sakinlərin tələbləri yerinə yetirilib - FOTO - YENİLƏNİB Kəsilən ağacların yerinə yeni şam ağacları əkilib
Ekologiya
14 İyun , 2016 16:34
Bakıda ağacların kəsilməsinə qarşı aksiya keçirən sakinlərin tələbləri yerinə yetirilib - FOTO - YENİLƏNİB
*** 15:49

Bakı. 14 iyun. REPORT.AZ/ Bakının Nərimanov rayonu Fətəli xan Xoyski 138-140 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməyinə etiraz edirlər.

“Report”un hadisə yerində olan müxbiri xəbər verir ki, sakinlər etiraz əlaməti olaraq avtomobil yolunu bağlayıblar. Yol bağlanandan sonra sakinlərlə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı bir nəfər xəsarət alıb, əraziyə təcili tibbi yardım maşınları gəlib.

Əraziyə əlavə polis qüvvələri cəlb olunub, sakinlərlə danışıq aparılıb. Hazırda yol açılıb. 

Sakinlər isə hələ də etirazlarını davam etdirirlər. Onlar kəsilən ağacların bərpasını tələb edirlər.

Qarşı tərəfin nümayəndəsi - “Beqnaft” MMC-nin hüquqşünası Ərşad Sərdarov “Report”a bildirib ki, bu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə çəkişmələri olub: “Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var. Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq. İndi isə tikintiyə başlamaq istəyirik”.

Danışıqlardan sonra sakinlərin tələbləri yerinə yetirilib. Kəsilən ağacların yerinə yeni şam ağacları əkilib.

Son xəbərlər

Orphus sistemi