Bakıda qışın ən soyuq gecəsi - YENİLƏNİB

Bakıda qışın ən soyuq gecəsi - YENİLƏNİB Fevralın 23-ü axşam saatlarından başlayaraq yağan qar hələ də davam etdiyindən Bakı ağ örpəyə bürünüb
Ekologiya
24 Fevral , 2021 10:22
Bakıda qışın ən soyuq gecəsi - YENİLƏNİB

Video əlavə olunub

02.16

Fevralın 23-də axşam saatlarından başlayaraq yağan qar hələ də davam etdiyindən Bakı ağ örpəyə bürünüb.

“Report”un məlumatına görə, hazırda güclü şimal-qərb küləyi əsir. Nəticədə qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olub. Yollar buz bağlayıb.

Son illərdə ilk dəfədir ki, Bakıda havanın temperaturu mənfi dərəcəyə düşüb. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.

Qeyd edək ki, fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edib.

Video: İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi