Bakıda məktəbin qarşısında qurumuş ağacların yerinə yeniləri əkilib

Bakıda məktəbin qarşısında qurumuş ağacların yerinə yeniləri əkilib Bakı. 27 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədi ilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.
Ekologiya
27 Noyabr , 2018 14:18
Bakıda məktəbin qarşısında qurumuş ağacların yerinə yeniləri əkilib

Bakı. 27 noyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədi ilə başlanan aksiya bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbisində davam etdirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 ədəd həmişəyaşıl sərv və şam ağacları əkilib. Məktəbin kollektivi ağacların əkilməsində fəal iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhər sakinlərini bu aksiyalarda fəal iştirak etməyə çağırır.

Son xəbərlər

Orphus sistemi