Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya
17 sentyabr 2023 14:03
Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi