Bakıda media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - VİDEO

Bakıda media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - VİDEO Bakı. 10 mart. REPORT.AZ/ Bakının Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.
Ekologiya
10 Mart , 2019 17:18
Bakıda media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Bakının Zığ şosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

“Report” xəbər verir ki, "Bu yaz özün bir təbiət yarat" adlı kampaniya çərçivəsində baş tutan aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və ETSN-nin rəhbər şəxsləri ilə birlikdə media nümayəndələri də iştirak ediblər.

Tədbir çərçivəsində nazirlik tərəfindən ayrılmış ərazidə yaşıllıq salınıb, jurnalistlərin təşəbbüsü ilə bağa “Yaşil Qələm” - “Jurnalistlər bağı” adı verilib.

Kampaniya çərçivəsində ümumilikdə 3 hektardan çox ərazidə 2 mindən çox ağac əkilib.

Tədbirin sonunda çay süfrəsi təşkil olunub. 

Video: Rəşad Tuncay

Son xəbərlər

Orphus sistemi