Bakıda intensiv yağışlar davam edəcək - XƏBƏRDARLIQ

Bakıda intensiv yağışlar davam edəcək - XƏBƏRDARLIQ Dağlıq ərazilərdə sulu qar, qar yağacaq
Ekologiya
29 Sentyabr , 2016 12:36
Bakıda intensiv yağışlar davam edəcək - XƏBƏRDARLIQ

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sentyabrın 30-da paytaxt və yarımadada intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, sentyabrın 30-dan oktyabrın 01-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. 

Son xəbərlər

Orphus sistemi