Bakıda günəşli hava sabah da davam edəcək

Bakıda günəşli hava sabah da davam edəcək Yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü metohəssas insanlar üçün əlverişsizdir
Ekologiya
12 Yanvar , 2015 12:33
Bakıda günəşli hava sabah da davam edəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycanda sabah müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Sabaha Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi metohəssas insanlar üçün nisbətən əlverişsizdir.  

Son xəbərlər

Orphus sistemi