Bakıda əsən şimal küləyi sabah mülayimləşəcək

Bakıda əsən şimal küləyi sabah mülayimləşəcək Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq
Ekologiya
1 İyul , 2015 12:26
Bakıda əsən şimal küləyi sabah mülayimləşəcək

Bakı. 1 iyul. REPORT.AZ/ İyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı, şimal küləyinin əsəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir. Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi