Yuxarı
    Bağlamaq

    ​Bakıda arabir yağış yağacaq

    Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

    Bakı. 10 iyul. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.

    Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

    Mülayim şimal-qərb küləyi səhər və gündüz güclənəcək.

    Havanıntemperaturugecə 20-23° isti, gündüz 24-27° isti,Bakıdagecə 20-22° isti, gündüz 25-27° istiolacağı gözlənilir.

    Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

    Nisbi rütubət gecə və gündüz 75-85 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,Bilgəh, Zağulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə olu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti,

    gündüz 15-20° isti olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi