Bakıda ağacların dibi betondan təmizləndi

Bakıda ağacların dibi betondan təmizləndi Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb
Ekologiya
9 Sentyabr , 2020 18:41
Bakıda ağacların dibi betondan təmizləndi

Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi, 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ağaсların dibi betondan təmizlənib, ağaclara su verilmiş və ərazi nəzarətə götürülüb. 

Son xəbərlər

Orphus sistemi