Bakıda ağacların dibi asfaltdan təmizlənib

Bakıda ağacların dibi asfaltdan təmizlənib Onlara aqrotexniki xidmət göstərilir
Ekologiya
5 Mart , 2021 15:55
Bakıda ağacların dibi asfaltdan təmizlənib

Nizami rayonu, Heydər Əliyev prospekti, 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb.

Onun sözlərinə görə, ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib: "Hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir".

Son xəbərlər

Orphus sistemi